...

Sabunçudakı qətllə bağlı cinayət işi başlanıb

Hadisə Materials 11 May 2023 09:41 (UTC +04:00)
Sabunçudakı qətllə bağlı cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçuda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti