...

Zaqatalada orta məktəb binasında yanğın olub

Hadisə Materials 13 May 2023 22:31 (UTC +04:00)

Bakı. Trend:

Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən orta məktəb binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti