...

İtaliyada güclü leysan səbəbindən iki nəfər həlak olub

Hadisə Materials 17 May 2023 11:27 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın şimalında Emiliya-Romanya əyalətində güclü leysan və daşqınlar səbəbindən ən azından iki nəfər həlak olub.

Trend bu barədə çərşənbə günü xarici mediaya istinadən xəbər verir.

Çezendə insanlar evlərin damlarına çıxaraq xilasediciləri gözləmək məcburiyyətində qalıblar. Şəhərin meri Forli bunun "tarix boyu ən pis vəziyyət" olduğunu bildiirb. Əyalətdə təhsil müəssisələri bağlanıb, qatarların hərəkəti dayandırılıb.

KİV-də yayılan şəkil və videolarda şəhər küçələrinin su altında qaldığı görünür.

Mülki müdafiə departamenti hava Emiliya-Romanyada hava təhlükəliliyinin son (qırmızı) səviyyəsini elan edib. Ərazidə güclü yağışlar mayın 15-dən davam edir.

İtaliya hökuməti bu sahədə fövqəladə rejim elan edib. Mayın əvvəlində fəlakət nəticəsində artıq iki nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti