Bakı. Trend:
Sabirabad şəhərində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin dam örtüyü 80 m² sahədə, 2 otağının tavanı qismən 20 m² sahədə və yaxınlıqda olan 4 ədəd ağac yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.