...

Bakıda avtomobil bir ailənin 3 üzvünü vurub öldürdü

Hadisə Materials 29 May 2023 10:16 (UTC +04:00)
Bakıda avtomobil bir ailənin 3 üzvünü vurub öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobil 3 piyadanı vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Zığ yolu, Zığ bağları adlanan ərazidə baş verib.

1980-ci il təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi ‘’Nissan Tiida’’ markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurmuş nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti