...

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb

Hadisə Materials 1 İyun 2023 11:19 (UTC +04:00)
Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb

Bakı. Trend:

Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti