...

Qobustanda tullantılar olan ərazidə yanğın olub

Hadisə Materials 8 İyun 2023 19:43 (UTC +04:00)
Qobustanda tullantılar olan ərazidə yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində tullantılar olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Tullantılar olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti