...

Xırdalanda qadın parkda atraksiondan yıxılıb ölüb - Araşdırma başladı

Hadisə Materials 10 İyun 2023 12:07 (UTC +04:00)
Xırdalanda qadın parkda atraksiondan yıxılıb ölüb - Araşdırma başladı

Bakı. Trend:

Xırdalanda parkda qadının atraksiondan yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti