...

Kanalda batan yeniyetmənin meyiti tapılıb

Hadisə Materials 10 İyun 2023 14:20 (UTC +04:00)
Kanalda batan yeniyetmənin meyiti tapılıb

Bakı. Trend:

Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti