...

Kürdəmirdə odlu silahdan atəş ataçaq qətl törədən şəxs saxlanılıb

Hadisə Materials 11 İyun 2023 01:43 (UTC +04:00)
Kürdəmirdə odlu silahdan atəş ataçaq qətl törədən şəxs saxlanılıb

Bakı. Trend:

İyunun 10-də 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.

Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti