...

İmişlidə karxanada faciə - Təkər partladı, ustanın qolu qopdu

Hadisə Materials 13 İyun 2023 10:33 (UTC +04:00)
İmişlidə karxanada faciə - Təkər partladı, ustanın qolu qopdu

Bakı. Trend:

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti