...

Lahıc yolunda maşın dərəyə aşıb: ölən var

Hadisə Materials 25 İyun 2023 09:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Lahıc yolunda ağır qəza baş verib.

Trend xəbər verir ki, İsmayıllı rayonu Namazgah kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəzadə Həsən Etiraf oğlu idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Sürücü H.Mirzəzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti