...

Zabratda təndirxanada partlayış olub

Hadisə Materials 26 İyun 2023 18:21 (UTC +04:00)

Bakı. Trend:

Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb.

Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti