...

Qaradağda beşmərtəbəli binada yanğın olub

Hadisə Materials 2 İyul 2023 23:41 (UTC +04:00)
Qaradağda beşmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti