Bakı. Trend:
Bakıda avtomobil ehtiyat hissələri mağazasında yanğın olub.
Bu barədə Trend-ə Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.
Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Şatırlı kəndində həyətyanı sahədə 4 ton ot bağlamasının 700 kiloqramı yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.