...

Zaqatalada şəlaləyə gedən Bakı sakinləri itkin düşdü - Axtarış başladı

Hadisə Materials 24 İyul 2023 09:07 (UTC +04:00)
Zaqatalada şəlaləyə gedən Bakı sakinləri itkin düşdü - Axtarış başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat yayıb.

Bildirilib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti