...

Həftəsonu yol qəzalarında 11 nəfər ölüb - DİN

Hadisə Materials 24 İyul 2023 10:10 (UTC +04:00)
Həftəsonu yol qəzalarında 11 nəfər ölüb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

22-23 iyul tarixlərində ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti