...

İş yoldaşını itələməsi ölümlə nəticələndi - Cinayət işi başlandı

Hadisə Materials 26 İyul 2023 16:24 (UTC +04:00)
İş yoldaşını itələməsi ölümlə nəticələndi - Cinayət işi başlandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, ilkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti