...

Azər Qaraşovu 18 yaşlı oğlu bir neçə dəfə atəş açmaqla öldürüb - Baş Prokurorluq

Hadisə Materials 29 İyul 2023 17:18 (UTC +04:00)
Azər Qaraşovu 18 yaşlı oğlu bir neçə dəfə atəş açmaqla öldürüb - Baş Prokurorluq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Azər Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti