...

Zaqatalada qayda pozan sürücülər cəzalandırılıb (FOTO)

Hadisə Materials 7 Avqust 2023 20:20 (UTC +04:00)
Zaqatalada qayda pozan sürücülər cəzalandırılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülərə qarşı tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəhərin müxtəlif ərazilərində keçirilən tədbir zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Yollarda hərəkətin təhlükəsizliyinin təmini, eləcə də baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti