...

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Hadisə Materials 23 Avqust 2023 16:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 2800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti