Bakı. Trend:
Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi bilinib.
Trend xəbər verir ki, hadisə nəticəsində Tovuz rayon sakinləri 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı, 2002-ci il təvəllüdlü E.Nəbiyev hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan dörd nəfər - sürücü, 1996-cı il təvəllüdlü R.Namazov, sərnişinlər, 1991-ci il təvəllüdlü B.Məmmədova, 1986-cı il təvəllüdlü A.Mustafayeva və 1969-cu il təvəllüdlü M.Bayramov xəstəxanaya yerləşdiriliblər.
XXX
20:47
Şəmkirdə ağır qəza olub.
Trend xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.