...

Ucarda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Hadisə Materials 12 Oktyabr 2023 11:18 (UTC +04:00)
Ucarda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 11-də axşam saatlarında Ucar rayonunun Alpout kənd sakini İ.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Bəxtiyar İsmayılov saxlanılıb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti