...

Ucarda anasını naqillə boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hadisə Materials 7 Noyabr 2023 18:28 (UTC +04:00)
Ucarda anasını naqillə boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, cari il avqustun 18-də Ucar rayon Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti