...

Cəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb (FOTO)

Hadisə Materials 10 Noyabr 2023 08:41 (UTC +04:00)
Cəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb (FOTO)

Bakı. Trend:

Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti