...

Bakıda birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 16 Noyabr 2023 09:02 (UTC +04:00)
Bakıda birmərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti