...

Ağsu sakinini Bakıda bıçaqlayan şəxs saxlanılıb

Hadisə Materials 30 Noyabr 2023 10:48 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 29-da saat 23 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Ağsu rayon sakini olan bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü C.Osmanov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti