Bakı. Trend:
Göyçayda piyadanın ölümü ilə nəticələnən qəza olub.
Trend xəbər verir ki, rayonun 1-ci Ərəbcəbirli kənd sakini Samir Hüseynov “Opel” markalı avtomobillə şəhərdən kəndə gedərkən yolu keçmək istəyən həmkəndlisini vurub.
Hadisə nəticəsində piyada, 1969-cu il təvəllüdlü Hüseynov Ceyhun Akif oğlu ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.