...

Neftçalada məktəbdə yanğın olub

Hadisə Materials 9 Dekabr 2023 20:21 (UTC +04:00)

Bakı. Trend:

Neftçala rayonunun Şirvanlı kəndində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti