...

Ceyranbatanda mənzildə partlayış olub, 1 nəfər xəsarət alıb (FOTO)

Hadisə Materials 10 Dekabr 2023 10:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb.

Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti