...

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 17 Dekabr 2023 21:47 (UTC +04:00)
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti