...

Xətaidə çayxanada yanğın olub

Hadisə Materials 19 Dekabr 2023 14:50 (UTC +04:00)
Xətaidə çayxanada yanğın olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

TrendFHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 m² olan çay evinin mətbəxində 1 ədəd fri aparatı, elektrik sobası, divara quraşdırılan elektrik lövhəsində 2 ədəd qoruyucu açar və giriş-çıxış kabeli 4 p.m yanıb.

Yüksək temperaturdan mətbəxin alçipandan ibarət tavanı 2 m² sahədə qarsalanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti