...

Şirvanda maşın məktəblini vurdu

Hadisə Materials 20 Dekabr 2023 00:37 (UTC +04:00)
Şirvanda maşın məktəblini vurdu

Bakı.

Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Məktəbli piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün saat 17 radələrində Şirvan şəhər ərazisində baş verib. Roman Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman məktəbli Adilə Əliyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti