...

Sabunçuda təkər tullantıları yandı

Hadisə Materials 11 Yanvar 2024 19:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti