Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış
binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə
məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə
Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki
nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci
mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz
vəziyyətdə qalan sakini xilas ediblər.