Bakı. Trend:
Abşeronda kişi yıxılandan sonra ölüb.
Trend xəbər verir ki, Pirəkəşkül kəndində 1979-cu il təvəllüdlü Eldəniz Alıyev spirtli içki qəbul etdikdən sonra evinin həyətində yıxılaraq başı betona dəyib.
Təcili yardım gələrək ona ilkin tibbi yardım göstərilib. Eldəniz Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.
Lakin bir neçə saat sonra Eldəniz Alıyev ölüb.
Faktla bağlı araşdırma aparılır.