Bakı. Trend:
Bakının Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonunun Ramana qəsəbəsində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² və dam örtüyü 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.