...

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar (FOTO)

Hadisə Materials 4 Mart 2024 08:44 (UTC +04:00)
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar (FOTO)

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar.

E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti