...

Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlandı (FOTO)

Hadisə Materials 26 Mart 2024 13:40 (UTC +04:00)
Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlandı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağstafada polis əməkdaşları digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkar edilib.

R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti