Bakı. Trend:
Qubadlı rayonunda sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.