...

Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb

Hadisə Materials 12 Fevral 2025 13:43 (UTC +04:00)
Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb.

Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti