...

Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi polis saxladı (VİDEO)

Hadisə Materials 18 Fevral 2025 11:46 (UTC +04:00)
Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi polis saxladı (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən müxtəlif mağazalardan oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, keçirilən tədbirlər nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyev saxlanılıb. Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır. B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti