Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” və “Ford” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.