...

Keçmiş məhkum oğurluqlar etdiyinə görə saxlanıldı, üzərindən narkotik vasitə aşkarlandı

Hadisə Materials 11 Aprel 2025 12:54 (UTC +04:00)
Keçmiş məhkum oğurluqlar etdiyinə görə saxlanıldı, üzərindən narkotik vasitə aşkarlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat, 300 dollar pul vəsaiti, 4500 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti