...

Dekabrın 22-nə olan kriminal xronika

Hadisə Materials 23 Dekabr 2005 16:43 (UTC +04:00)

Dekabrın 22-də daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 20 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 30 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti