...

Ağdam rayonu ərazisindən tapılmış silahlarla əlaqədar ballistik ekspertiza təyin edilib

Hadisə Materials 15 Fevral 2006 14:36 (UTC +04:00)

Fevralın 14-də axşam saatlarında Ağdam rayonunun İmanqulubəyli kəndi ərazisindən tapılmış silahlarla əlaqədar ballistik ekspertiza təyin edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ağdam rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında İmanqulubəyli kəndinə gələn əməliyyatçılar ərazidən nömrəsi silinmiş 1 ədəd AK-74, 1 ədəd AKM, 1 ədəd "Makarov", 2 ədəd "TOZ-8" silahları, 8 ədəd qumbara, 2 ədəd tüstüverici şaşka, 1002 ədəd müxtəlif çaplı patron, 12 ədəd patron darağı, 3 ədəd süngü bıçağı və 1 ədəd pulemyot lenti aşkar edib.

Silahların kim tərəfindən əraziyə atıldığı hələlik aydınlaşdırılmayıb. Faktla əlaqədar cinayət işi başlanıb, istintaqçılar eyni zamanda avtomat və tapança silahlarından hər hansı cinayətdə istifadə olunub-olunmaması ilə əlaqədar təyin edilmiş ballistik ekspertizanın rəyini gözləyir.

Həmçinin ərazidə yaşayanlar da RPŞ-yə çağrılaraq silah-sursatlarla bağlı sorğu-sual olunur.

Xəbər lenti

Xəbər lenti