Moskvada Bauman küçəsində yerləşən bazarın damının çökməsi nəticəsində həlak olmuş bütün azərbaycanlıların cənazələri respublikaya gətirilib. Bu barədə Trend ə ölkə hökumətindən bildirilib.
Fevralın 26-da "AZAL" Dövlət Konserninin İl-76 yük təyyarəsi ilə 41 cənazə gətirilib. Günortaya yaxın Bakıya, Naxçıvana və Gürcüstana 3 cənazə gətirilib.
Cənazələr təyyarə ilə Gəncəyə gətirilib, 2 cənazə isə Bakıya göndərilib. 39 nəfərin cənazəsi Gəncədə qohumlarına çatdırılıb.
Hökumətdən qeyd ediblər ki, dövlət həlak olanların dəfni ilə bağlı bütün məsələləri öz üzərinə götürüb.
Prezident İlham Əliyevin tapşırığı ilə dövlət həlak olanların dəfni ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. Bundan başqa, onların ailələrinə kompensasiya veriləcək.
Xatırladaq ki, Moskvada baş vermiş hadisə nəticəsində həlak olmuş 65 nəfərin 44-ü azərbaycanlıdır.