...

Rusiyanın FHN Basman bazarındakı faciənin yeni versiyasını irəli sürüb

Hadisə Materials 28 Fevral 2006 14:36 (UTC +04:00)

Moskvadakı Basman bazarının uçulmasının səsəbi bina üzərində nəzarət fəaliyyətinin çatışmamazlığı olub. Trend in məlumatına görə, belə bir fikirlə bu gün Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) beynəlxalq fəaliyyət departamentinin direktoru, Rusiyanın fövqəladə humanitar reaksiya üzrə milli korpusun rəhbəri Yuri Brajnikov jurnalistlər qarşısında çıxış edib.

"Tikili üzərində nəzarət fəaliyyətinin çatışmamazlığı karkasın gərginləşməsinə səbəb olub ",- deyə Brajnikov dildirib. "Güman etmirəm ki, 30 il ərzində bu konstruksiyaya nəzarət ediblər ", - deyə o əlavə edib.

Brajnikov xatırladıb ki, 30 il əvvəl bazar açılarkən onun konstruksiyası tamam başqa cür idi. "Sonra o, nəhəng anbara çevrildi, eləcə də ora balkonlarla da dolduruldu. Bu, bazarın direktorluğunun sayıqlığını artırmalı idi ", - deyə o bildirib. Bu barədə RİA "Novosti" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti