...

Əyləncə attraksionunun nəzarətçisi istifadə qaydaları haqqında təlimata əməl etmədiyinə görə həbs olunub

Hadisə Materials 25 May 2006 16:06 (UTC +04:00)

Dənizkənarı Milli Parkda fəaliyyət göstərən "şeytan təkəri" adlanan əyləncə attraksionunun nəzarətçisi Millət Quliyev "attraksionlardan istifadə qaydaları haqqında" təlimata əməl etmədiyinə görə həbs olunub. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Nəzarətçinin həbsinə səbəb mayın 18-də 1981-ci il təvəllüdlü Xumar Əlizadənin və onun 1 yaşlı övladı Nəzrinin yelləncəkdən yıxılaraq dünyalarını dəyişməsi olub. Aparılan araşdırmalar zamanı məlum olub ki, Dənizkənarı Milli Parkdakı attraksionlardan istifadə qaydaralına görə, 12 yaşına qədər uşaqların yüksək sürətlə hərəkət edən atraksionlara buraxılması qadağandır.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi qaldırılıb və nəzarətçi həbs olunub. Cinayət işi üzrə istintaq Səbail rayon Prokurorluğu tərəfindən həyata keçirilir.

Hazırda isə Dənizkənarı Milli Parkdakı attraksionların texniki baxışdan keçib-keçməməsi ilə əlaqədar yoxlamalar aparılır.

Xəbər lenti

Xəbər lenti