...

İstanbulda qətlə yetirilmiş Azərbaycan vətəndaşının cənazəsi bu gün Bakıya gətiriləcək

Hadisə Materials 31 İyul 2006 12:27 (UTC +04:00)

Bu yaxınlarda İstanbulda qətlə yetirilmiş Azərbaycan vətəndaşı Tamaşa İsmayılovanın cənazəsi bu gün Bakıya gətiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu məlumat verib.

Diplomatın sözlərinə görə, cənazənin gətirilməsi ilə bağlı bütün xərcləri baş konsulluq öz üzərinə götürüb. Cənazə Bakıda onun qohumlarına veriləcək.

Xatırladaq ki, bu yaxınlarda İstanbulda Azərbaycan vətəndaşı, Sabirabad rayon sakini Tamaşa İsmayılova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. İstanbul polisinin versiyasına görə, hadisə T.İsmayılova və onun türkiyəli tanışı Erkan Sərtqaya arasındakı münaqişədən sonra baş verib. T.İsmayılova aldığı çoxsaylı bıçaq zərbələrindən keçinib.

Xəbər lenti

Xəbər lenti